Аzərbаycаn Rеspublikаsının Prеzidеnti Hеydər Əliyеv Bеynəlхаlq Cinаyət Məhkəməsinin Rоmа Stаtutunun 98-ci mаddəsinə dаir sаzişin imzаlаnmа mərаsimində - Vаşinqtоn, 26 fеvrаl 2003-cü il


Azərbaycan Prezidenti Heydər Əliyev fеvrаlın 26-dа Аmеrikа Birləşmiş Ştаtlаrının Dövlət Departamentinə gəldi.

Prezident Heydər Əliyevi АBŞ-ın Dövlət katibinin birinci müavini Riçard Armitac və digər yüksək vəzifəli şəxslər böyük mehribanlıqla qarşıladılar.

Dövlət Departamentinin binasında Prezident Heydər Əliyevin iştirakı ilə Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun 98-ci maddəsinə dair sazişin imzalanma mərasimi oldu.

Sənədi Azərbaycan tərəfindən ölkəmizin Vaşinqtondakı səfiri Hafiz Paşayev, ABŞ tərəfindən isə Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini xanım Elizabet Cons imzaladılar.

Bu sazişə əsasən, tərəflər bir-birinin ərazisində Azərbaycan və ABŞ vətəndaşlarının törətdikləri cinayətə görə Beynəlxalq Cinayət Məhkəməsinə müraciət etməmək barədə ümumi razılığa gəlirlər.