Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiyanın məşhur balet ustaları Nadejda Pavlova və Vyaçeslav Qordeyevin, habelə Moskvanın "Rus baleti" dövlət teatrının iştirakı ilə balet gecəsindən sonra görkəmli sənətkarlarla görüşdə çıxşı - Respublika sarayı, 18 iyun 1998-ci il


Uğurlu çıxışlarınıza görə Sizə ürəkdən təşəkkürümü bildirirəm. Sizin hamınızı gözəl çıxışınız münasibətilə təbrik edirəm. Bu gün bizdə incəsənət bayramı, balet bayramıdır. Hər şeydən öncə sizə Azərbaycana, Bakıya gəlməyə imkan tapdığınıza və bugünkü gözəl çıxışlarınızı iyunun 15-də qeyd etdiyimiz milli Qurtuluş günümüzə həsr etdiyinizə görə sizə təşəkkür etmək istəyirəm. Respublikamıza, xalqımıza böyük diqqətinizə görə sağ olun. Siz çıxışınızı layiqincə alqışlayan bütün tamaşaçılara böyük sevinc və zövq verdiniz.

Siz Bakıya ilk dəfə gəlmişsiniz. Rus baletinin gözəl ustaları Nadejda Pavlova və Vyaçeslav Qordeyev və bütün bu qədd-qamətli və qəşəng balerinalar Bakıya ilk dəfə gəlmişlər. Siz bu gün çox əla rəqs etdiniz. Bu, böyük bayramdır və yəqin hiss etdiniz ki, tamaşaçılar sizi səhnədən buraxmaq istəmirdilər. Mən çox şadam ki, siz öz gözəl sənətinizi bizim tamaşaçılarımıza, xalqımıza göstərdiniz. Mən şadam ki, bu gün saraya toplaşmış ictimaiyyətimiz sizi bir daha şəxsən gördü. Çünki siz böyük incəsənət ustalarısınız və sizinlə hər görüş estetik zövqdən başqa, həm də böyük hadisədir. Çox sağ olun. Sizə ürəkdən təşəkkür edir, cansağlığı, yeni yaradıcılıq uğurları arzulayıram. Siz hamınız gözəl formadasınız və öz parlaq sənətinizi hələ uzun illər nümayiş etdirəcəksiniz. Rus baleti ən yüksək sənətkarlıq nümayiş etdirir. Mən şadam ki, rus baleti öz layiqli adını, ənənələrini saxlayır və siz bu gün bunu çox gözəl nümayiş etdirdiniz. Bir daha çox sağ olun.

Ümumi tarixi arayış

MƏDƏNİYYƏT

Tarixi arayış

MƏDƏNİYYƏT