Gürcüstan Prezidenti zati-aliləri cənab Eduard Şevardnadzeyə - Bakı şəhəri, 4 oktyabr 1999-cu il


Hörmətli Eduard Amvrosiyeviç!

"Əsrin müqaviləsi"nin imzalanmasının beşinci ildönümünün bayram edilməsi münasibətilə səmimi təbrikinizə görə sizə ürəkdən təşəkkür edirəm.

Əminəm ki, Azərbaycanın və Gürcüstanın hərtərəfli əməkdaşlığı, о cümlədən Xəzərin enerji ehtiyatlarının nəqli sahəsində əməkdaşlığı ölkələrimizin iqtisadi inkişafına və çiçəklənməsinə kömək edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, böyük uğurlar, qardaş Gürcüstan xalqına sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.