Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Əfqanıstan İslam Dövlətinin Müvəqqəti hökumətinin başçısı zati-aliləri cənab Həmid Karzaiyə təbriki - Bakı şəhəri, 11 yanvar 2002-ci il


Hörmətli cənab Həmid Karzai!

Əfqanıstan İslam Dövlətinin Müvəqqəti hökumətinin başçısı vəzifəsinə təyin edilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Sizin fəaliyyətiniz sayəsində Əfqanıstanda sülh və sabitlik bərqərar olacaq, ölkəniz sosial-iqtisadi dirçəliş yoluna qədəm qoyacaqdır.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Əfqanıstan xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Oçerklər

Azərbaycan - Asiya

Ümumi tarixi arayış

Azərbaycan - Asiya

Tarixi arayış

Azərbaycan - Asiya