Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı


1992-ci ildə 11 üzv ölkə tərəfindən yaradılıb. Təşkilata daxildir: Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya Federasiyası, Rumıniya, Türkiyə, Ukrayna. Katiblik İstanbulda yerləşir. Təşkilatın məqsədi üzv ölkələr arasında razılaşdırılmış sahələr üzrə ikitərəfli və çoxtərəfli əməkdaşlığı genişləndirməkdən ibarətdir.