Ukrayna Prezidenti zati-aliləri cənab Leonid Kuçmaya - Bakı şəhəri, 15 noyabr 1999-cu il


Hörmətli Leonid Daniloviç!

Ukrayna prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Prezident seçkilərində Sizin qalib gəlməyiniz inandırıcı şəkildə sübut edir ki, qardaş Ukrayna xalqı ölkənin müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsinə, cəmiyyətin demokratikləşdirilməsinə, dərin sosial-iqtisadi dəyişikliklər aparılmasına yönəldilmiş siyasətinizi dəstəkləyir.

Əminəm ki, ölkələrimiz arasındakı ənənəvi dostluq, tərəfdaşlıq münasibətləri xalqlarımızın mənafeləri xeyrinə, regionda sülh, sabitlik və tərəqqi naminə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Sizə möhkəm cansağlığı, səadət və dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.