Hindistan Respublikasının baş naziri zati-aliləri cənab Atal Bihari Vaçpaiyə - Bakı şəhəri, 16 yanvar 2002-ci il


Hörmətli cənab baş nazir!

Hindistan Respublikasının milli bayramı - Respublika günü münasibətilə Sizi və dost Hindistan xalqını təbrik edirəm.

Əminəm ki, Azərbaycan-Hindistan əlaqələrinin hərtərəfli inkişafı xalqlarımızın rifahına yeni-yeni töhfələr verəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 26 yanvar 2002-ci il.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış

Azərbaycan - Asiya