Pakistan İslam Respublikasının Prezidenti zati-aliləri cənab Pərviz Müşərrəfə - Bakı şəhəri, 3 iyul 2002-ci il


Hörmətli cənab prezident!

Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında diplomatik əlaqələr yaradılmasının 10 illiyi münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biri kimi, dost və qardaş Pakistan ilə münasibətlərimizin bütün sahələrdə inkişafına böyük əhəmiyyət veririk.

Xalqlarımız arasında dərin tarixi kökləri olan dostluq münasibətləri, qarşılıqlı etimad hərtərəfli əməkdaşlığımız üçün münbit zəmin yaratmışdır.

Bu gün ölkələrimizin ikitərəfli qaydada, beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlığı, qarşılıqlı dəstəyi böyük məmnunluq doğurur.

Əminəm ki, mövcud imkanlardan daha tam istifadə etmək üçün göstərdiyimiz qarşılıqlı səylər xalqlarımızın rifahına, ölkələrimizin tərəqqisinə yeni-yeni töhfələr verəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Pakistan xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 4 iyul 2002-ci il.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış