Hörmətli cənab prezident!
Maldiv Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə sizi və xalqınızı ürəkdən təbrik edirəm. Əminəm ki, ölkələrimiz arasında əlaqələrin inkişafı daim xalqlarımızın mənafeyinə xidmət edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
"Azərbaycan" qəzeti, 26 iyul 2003-cü il.