"Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Uşаqlаrın Bеynəlхаlq Tеlеviziyа və Rаdiо Günü münаsibətilə «Uşаqlаr yеnilik аrzulаyır və tələb еdir» dеvizi ilə kеçirilən şənlikdə nitqi (Tеlеtеаtr, 10 dеkаbr 2000-ci il)" sənədinə tarixi arayış


Uşaqların Beynəlxalq Televiziya və Radio Günü YUNİSE F tərəfindən 1994-cü ildə təsis olunub. Həmin gün yüzdən artıq ölkədə televiziya kanalları və radostansiyalar öz efir vaxtını uşaq proqramları üçün ayırır. Həmin gün həm də ictimaiyyətin diqqətini uşaq hüquqlarına yönəltmək məqəsdi daşıyır.

Heydər Əliyev dəfələrlə Uşaqların Beynəlxalq Televiziya və Radio Günü münasibətilə “Uşaqlar dünyanın sevincidir” devizi altında şənliklərdə iştirak edib. Şənliklərdə çıxış edən Heydər Əliyev uşaqlara qayğı göstərməyin, uşaqların təhsili, tərbiyəsi üçün şərait yaratmağın, onlara həyatda sərbəst yaşamaq, sərbəst inkişaf etmək adət-ənənələrini aşılamağın uşaqlarla aparılan işin əsas hissəsi olduğunu vurğulayıb.

“Böyük liderin 90 anı”, Heydər Əliyev irsini Araşdırma Mərkəzi, “Şərq-Qərb”, Bakı-2013, s.174