Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkmənistanın Prezidenti zati-aliləri cənab Saparmurad Niyazova məktubu - 22 oktyabr 2003-cü il


Hörmətli Saparmurad Niyazov!

Türkmənistanın milli bayramı - Müstəqillik günü münasibətilə sizi və dost Türkmənistan xalqını ürəkdən təbrik edirəm.

Müstəqil dövlət quruculuğu yolunu tutmuş Türkmənistan ötən dövrdə sizin rəhbərliyiniz altında bir çox uğurlar qazanmışdır.

Ümidvaram ki, xalqlarımızın iradəsinə uyğun olaraq, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri daim inkişaf edəcək və genişlənəcək, regionda sabitliyin və əmin-amanlığın bərqərar olmasına öz töhfəsini verəcəkdir.

Hörmətli Saparmurad Atayeviç, sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Türkmənistan xalqına sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 26 oktyabr 2003-cü il.