Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Bolqarıstan Respublikasının Prezidenti zati-aliləri cənab Peter Stoyanova məktubu - Bakı şəhəri, 5 fevral 2001-ci il


Hörmətli cənab Prezident!

Azərbaycanın Avropa Şurasına üzv qəbul olunması münasibətilə səmimi təbrikinizə görə Sizə minnətdarlığımı bildirirəm.

Ümidvaram ki, xalqlarımızın və ölkələrimizin rifahı naminə əməkdaşlığımız Avropa Şurası sıralarında uğurla davam edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Bolqarıstan xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti.

 

Oçerklər

Azərbaycan - Avropa

Ümumi tarixi arayış

Azərbaycan - Avropa

Tarixi arayış

Azərbaycan - Avropa