Bakı-Novorossiysk neft kəməri


Azərbaycan neftini Rusiya ərazisi ilə 1997-ci ilin noyabrından xarici bazara çıxaran neft kəməri marşrutu. 1996-cı il fevralın 18-də Moskvada Azərbaycan neftinin RF ərazisindən keçməklə Qara dənizin Novorossiysk limanına nəql olunması haqqında müqavilə imzalanmışdır. ABƏŞ, ARDNŞ və Transneft arasında imzalanmış üçtərəfli sazişdə neftin Novorossiysk limanına qədər daşınmasını nəzərdə tutan bütün hüquqi və texniki məsələlər öz əksini tapmışdır. Kəmərin illik ötürmə qabiliyyəti 17 milyon ton, uzunluğu 1411 km, layihənin dəyəri 600 milyon ABŞ dollarına bərabərdir. 2010-cu ildə Bakı-Novorossiysk boru kəməri vasitəsilə 2,247 milyon ton neft nəql olunub. Azərbaycan nefti xarici bazarlara  başqa neft kəmərləri vasitəsilə də ixrac olunur. (Bax Bakı-Tbilisi-Ceyhan, Bakı-Batumu və Bakı-Supsa heft kəmərləri).
 
 

Bakı-Novorossiysk neft kəmərində bərpa işləri aparılarkən (Vəlvələ çay yaxınlığı)

Novorossiysk şəhəri, tanker