Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Çuvaşiya Respublikasının nümayəndə heyəti ilə görüşdə söhbəti - Prezident sarayı, 17 iyun 2000-ci il


Heydər Əliyev: Sizi, Uzaq və Yaxın Çuvaşiyadan gəlmiş qonaqları salamlayıram. Aramızdakı məsafə sanki uzaqdır, amma bununla yanaşı, biz bir-birimizə çox yaxınıq. Deyə bilmərəm ki, bu məsafə uzaqdır. Şadam ki, siz Azərbaycana gəlmisiniz. Bilirəm ki, siz burada artıq neçə gündür qonaqsiniz, həyatımızla tanış olursunuz, münasibətlərimizi inkişaf etdirirsiniz. Bütün bunlar çox xoşdur, ən başlıcası isə bizim hamımız üçün çox faydalıdır. Kimin harada olduğunu bilmədiyımız vaxtlar artıq arxada qalmışdır. İndi biz bir-birımızı axtarıb tapmalı, yaxınlaşmalı, öz tariximizi bərpa etməliyik. Odur ki, bu baxımdan siz yaxşı təşəbbüs göstərirsiniz. Mən Sizi salamlayıram.

Missi Yuxma (xalq yazıçısi, akademik): Heydər Əliyeviç, ilk öncə, yenicə keçən bayram - Azərbaycanın Milli Qurtuluş günü münasibətillə Sizi çuvaş xalqı, Rusiyanın sayca üçüncü xalqının milli hərəkatı adından təbrik etmək istəyirəm. Biz onu heç də təkcə Azərbaycanın qurtuluş günü hesab etmirik, bu bütün türk dünyasının qurtuluş günüdür. Biz Sizi bütün türk dünyasını lideri hesab edirik. Çuvaşlar və bütün Çuvaşiya Sizi xatırlayır, Çuvaşiyaya səfərinizi həmişə xoş sözlərlə yada salırlar. Sizin səfəriniz 1986-ci il iyunun 5-7-də olmuşdur.

Heydər Əliyev: Siz hətta günləri də xatırlayırsınız. Mən günləri unutmuşam. Bu, 1986-ci ildə olubdur.

Missi Yuxma: O vaxt çox yaxşı - günəşli, gözəl günlər idi. Mən bunu bir də - ona görə xatırlayıram ki, o vaxt Siz küçələrdə şəhər sakinləri ilə görüşürdünüz. Siz adamlarla görüşən belə yüksək vəzifəli ilk rəhbər idiniz. Ona görə də biz bunu çox yaxşı yadda saxlamışıq. Siz mağazalara, bazarlara baş çəkirdiniz. Küçələrdən birində adamlara dediniz: Yaxın gəlin, söhbət edək. Mən birinci irəli çıxdım, Siz əlimi sıxıb soruşdunuz: siz kimsiniz? Dedim ki, yazıçıyam. Familiyami dedim - çuvaş türkü Missi Yuxma. Siz mənə təəccüblə və hörmətlə baxdınız. Biz söhbət etdik. Mən heyran qalmışdım, necə suallar verirdiniz, bu suallar qəlbimi riqqətə gətirir və sevindirirdi. Sonra dostlarım, respublikanın rəhbərləri soruşurdular: O səni haradan belə yaxşı tanıyır? Cavab verirdim: axi biz onunla köhnə dostlarıq. O vaxtlar Aleksandr Semyonoviç Çeboksari şəhərinin meri idi.

Aleksandr Nikitin (Çuvaşiya Respublikası Turizm və Servis İnsütutunun rektoru): O vaxtlar biz təmizliyi təmin edirdik, çalışırdıq ki, hər yer tərtəmiz, yollar qaydasında olsun. Sizin gəlişinizə hazırlaşırdıq, sənaye traktorları zavodunu, pambıq-parça kombinatını sizin gəlişiniz münasibətilə hazırlayırdıq - orada sosial xarakterli problemlərimiz vardı.

Missi Yuxma: Traktor zavoduna kömək etdiyinizə görə biz Sizə çox minnətdarıq. Onda Siz dediniz: bu elə bir zavoddur ki, onu dirçəltmək və tikib başa çatdırmaq lazımdır. Siz subsidiya almağa kömək etdiniz. Bu traktor zavodu məhz sizin sayənizdə, necə deyərlər, ayağa qaldırıdı. Biz bütün bunları çox yaxşı xatırlayırıq. İndi bizim Çeboksari traktorları, xüsusən də kanalqazan maşınlarımız başqalarından heç də pis deyildır. Bütün bunlar Sizin sayənizdə olmuşdur. Sizin səfərinizi, traktor zavodunda söylədiyiniz sözləri, çıxışınızı hamı xatırlayır. Biz həmçinin minnətdarlq ki, Siz bizim pambıq parça kombinatının sosial problemlərinin həllinə də kömək etdiniz. Şəhərdə hər üç qadından biri bu kombinatda işləyirdi. Ona görə də Sizin köməyiniz hər bir ailəni əhatə etdi. Sizin ağac əkdiyinizi də xatırlayırıq. Heydər Əliyeviç, Sizin sözlərinizi xatırlayırıq, dediniz ki, şəhərimiz gözəldir, amma həmişəyaşıl ağaclar - küknar ağacları əkmək lazımdır. Yoxsa ki, payizda yarpaqlar tökülür və qışda ağaclar qara kölgələr kimi durur. Əkdiyiniz o gözəl ağac həmin vaxtdan bəri qol-budaqlı olmuşdur - əliniz yünguldür - biz hətta bu ağacın şəklini xüsusi olaraq çəkib gətirmişik və şəkilləri Sizə bağışlamaq istəyirik.

Heydər Əliyev: Necə də xoşdur. Bir baxın, ağac necə də böyüyüb. Sözün düzü, duşünmürdüm ki, bu ağac hələ da yaşayır. Mən çox səfərlərdə olmuşam, çox ağac əkmişəm, ona görə də bilmirəm, onlar harada yaşayır, harada yaşamır.

Missi Yuxma: Çuvaş və rus dillərində yazılmış lövhəcik bu ağacın üstündə qalmaqdadır. Bu ağaca 11 nömrəli məktəbin sağirdləri qulluq edirlər.

Aleksandr Nikitin; Yanında da respublikamızın iftixarı olan kosmonavt Andrian Qriqoryeviç Nikolayevin əkdiyi ağac var.

Heydər Əliyev: Çox xoşdur. Siz mənə çox gözəl hədiyyə etdiniz.

Missi Yuxma: Heydər Əliyeviç, mənə tapşırılmışdır ki, bu sözləri deyim: Sizin səfəriniz bizim üçün bir də ona görə əlamətdar idi ki, Siz xalqla ünsiyyət nümunəsi göstərmiş olan ən yüksək vəzifəli ilk rəhbər idiniz. Onda biz basa düşdük ki, müdrik rəhbər xalqla, şadə insanla danışmağı həmişə bacarır. Siz çox gözəl nümunə gostərdiniz və buna görə Sizə çox minnətdarıq. İndi isə ağaclar barəsində. Bu, küknar ağacları xiyabanıdır. Xalq arasında onu Əliyev xiyabanı adlandırırlar və düşünürəm ki, gələcəkdə bu xiyaban belə də adlandırılacaqdır. Gözəl səslənir. O vaxtlar sizin məsləhətiniz sayəsində bir çox küçələrdə cökə ağacları əvəzinə həmişəyaşıl ağaclar əkməyə başladılar.

Heydər Əliyev: Bəli, küknar həmişəyaşıl ağacdır. Mən bunu həmişə təbliğ edirəm. Sizin iqliminiz bunun üçün çox münasibdir. Amma bizim iqlim, Bakının iqlimi - siz yəqin ki, diqqət yetirdiniz - çox sərtdir. Burada ağac çox çətin bitir. Sizdə ağacı əkdikdən sonra çox da sulamaq lazım deyil, çünki kifayət qədər rütubət var, ağac böyüyəcək. Bizdə isə ağacın böyüməsi üçün ona azı bir neçə il qulluq etmək gərəkdir. Siz indi yəqin görürsünüz ki, şəhərdə olduqca çoxlu həmişəyaşıl ağaclar var, bunlar sam ağaclarıdır. Siz hava limanından gələrkən yol boyu ağaclar gördünüz - ora sanki meşədir. Halbuki siz neft mədənlərindən keçib gedirsiniz. Məsələn, təxminən 30 il əvvəl orada bir dənə də ağac yox idi. Mən Azərbaycanın rəhbəri olduqdan sonra biz, əvvəla, bu yolu çəkdik. İkincisi, mən Bakı şəhərini yaşıllaşdırmaq proqramını irəli sürdüm - təkcə dövlətin imkanları ilə deyil, həm də adamların, hər bir müəssisənin imkanları ilə yaşıllaşdırmaq. Buna görə də mən hər bir neftçıxarma idarəsini məcbur edir, onlara sahə verir, deyirdim: bax, bu sənin sahəndir, sən burada ağac əkməli, onu sulamalı və böyütməlisən.

Mən uzun müddət Bakıda olmadım. Bilirsiniz ki, getmişdim, burada uzun müddət olmadım. Qayıtdıqda gördüm ki, bu ağaclar artıq böyüyübdür. Mən artıq yeddi ildir buradayam. Bu yeddi ildə hava limanına və ya prospektlərlə bir yana getdikdə bu ağaclara baxıram və qəlbim sevinc hissi ilə dolur. Bilirsinizmi, həmişəyaşıl ağaclar əkmək yaxşıdır. Deyirlər ki, küknar da bitir, amma gec böyüyür. Hərçənd bizdə bəzi yerlərdə küknar da əkiblər və bu ağaclar yaxşı bitir. O vaxtlar demişdim ki, burada, bizim bu binanın - yeri gəlmişkən, onu da mən tikdirmişəm - qarşısında hökmən küknar ağacları əksinlər. Məsələn, Moskvada, Lenin mavzoleyninin qarşısındakı küknar ağacları mənim xoşuma gəlirdi. Dedim ki, hökmən küknar ağacı əkmək lazımdır. Mənə dedilər ki, yox, burada çətindir, bitməyəcəkdir. Əkdilər, indi bitibdir. Özü də indi yanıma gəlib deyirlər ki, bu ağaclar bir-birini sıxışdırır, kimsə onların bəzisini oradan çıxarıb, başqa yerdə əkmək istəmişdir. Mən dedim: yox, onlara toxunmaq olmaz. Amma buna baxmayaraq, bizdə bizim Bakı iqlimi şəraitində ağac əkmək çətindir. Sizdə isə Allahın özü kömək edir.

Missi Yuxma: Bizdə tuya ağacı da bitir. Elə küçələr var ki, onların hərəsində 15-20 tuya bitmişdir. Bütün şəhər Sizin sözlərinizi nəzərə aldı və ağac əkməyə başladı.

Heydər Əliyev: Çox xoşdur, mən şadam. Mən orada olanda Vilayət Partiya Komitəsinin katibi..

Missi Yuxma: O vaxtlar Baranovski idi. Heydər Əliyeviç, onu da demək istəyirəm ki, Çeboksanda birinci görüşümüzdən sonra Sizinlə görüşməyi çox arzu edirdim. Nəhayət, 1998-ci ildə Ankarada mən türk dünyası qarşısında xidmətlərə görə mükafata layiq görüldüm. Mənə dedilər ki, Heydər Əliyev də bu cür mükafatla təltif edilmişdir, mükafatı almağa birlikdə gələcəksiniz. Sizinlə görüşəcəyimdən çox sevinirdim. Çuvaşiyada yasayan azərbaycanlılar - onlar təxminən iki min nəfərdir - bunu eşitdikdə töhfələr toplayıb dedilər: bunları Heydər Əliyeviçə, sevimli prezidentimizə hökmən çatdırın. Mən getdim, amma təəssüf ki, Siz orada deyildiniz. Belə olduqda möhtərəm Süleyman Dəmirələ dedim: bilirsinizmi, Çuvaşiyada yasayan azərbaycanlılar Heydər Əliyeviçə hədiyyə göndəriblər. Mən nə edim? O dedi: İndi səfiri çağırarıq. Sonra fikirləşərək dedi: Mən hörmətli Heydər Əliyevlə daha tez görüşəcəyəm, hədiyyəni ona özüm verərəm. Bir müddətdən sonra Bakıdan müxbir zəng vurub deyir: Süleyman Dəmirəl sizin töhfələrinizı təqdim etdi, özünüz haqqında danışın.  Mənim üçün çox xoş oldu, mən çox şad oldum.

Heydər Əliyev: Çox Sağ olun. Bilirsiniz, siz keçmişlə bağlı mənə maraqlı çox şeyləri xatırlatdınız. Həyat ağırdır, hər şeyi yadda saxlaya bilmirsən. Ümumiyyətlə, mənim yaddaşım, şükürlər olsun, çox yaxşıdır. Mən hər şeyi xatırlayıram. Amma o qədər iş, gündəlik qayğılar var, işdən baş açıb keçmişdə olanları yada salmağa heç olmasa bir saat vaxt tapmırsan. Bax, Sizinlə görüş kimi, belə görüşlər olduqda, keçmişlə bağlı nəyisə xatırlamağa başladıqda mənə çox xoş olur. Siz öz söhbətinizlə məni çox sevindirdiniz. Mən Çeboksarını xatırlayıram, respublikanızı xatırlayıram, o vaxtlar mən sizə təsadüfən gəlməmişdim. Elə deyildi ki, məni kimsə göndərmişdi. Mən Tatarıstana da, sizin respublikanıza da, digər türkdilli respublikalara da, məsələn, Başqırdıstana da səfər etmişdim. Rusiya boyükdür, Sovetlər İttifaqı da böyük idi. Mən Siyasi Büronun üzvü, Nazirlər Soveti Sədrinin Birinci Müavini idim. Ölkəyə çox səfərlər edirdim. Amma ən çox Rusiyanı gəzməyə çalışrdım. Çünki digər İttifaq respublikaları mənə tanış idi. Volqaboyu, bizim türkdilli respublikalar məni xüsusilə cəlb edirdi. Ona görə də imkan düşən kimi sizə gəldim. Yadımdadır, axsam sizin milli ansambl konsert verdi. Mən sizin rəqslərinizi, mahnılarmızı xatırlayıram. Sizdə hər şey rus dilində idi.

Missi Yuxma: Bizdə Çuvaşiya Akademik Dram Teatrı var. O, yalnız çuvaş dilində fəaliyyət göstərir.

Heydar Əliyev: Onda da çuvaş mahnıları oxuyurdular. Mən çuvaş dilini məhz orada, bu konsert zamanı hiss etdim - mahnıları da çuvaş dilində oxuyurdular, ifa edilən rəqslər də çuvaş rəqsləri idi. Mən milli geyimi də gördüm.

Missi Yuxma: Hörmətli Heydər Əliyeviç, sizin Çeboksariyə gəlişinizdən sonra Azərbaycanla əlaqələrımızı möhkəmlətmək üçün nə etmək barədə çox düşündük. Odur ki, şəhərimizin ən yaxşı küçələrindən birinə böyük Azərbaycan sairi Nizamının adını verdik.

Aleksandr Nikitin: Şəhərin yeni meri Sizə çatdırmağı xahiş etdi ki, Nizami küçəsi nəinki şəhərin ən yaxşı küçəsi olacaq, həm də biz hər şey edəcəyik ki, orada Nizamının büstü qoyulsun.

Missi Yuxma: Biz büstü qoyduqdan sonra Çeboksaridəkı Azərbaycan cəmiyyəti ilə birlikdə hər il Nizami küçəsi bayramı keçirəcəyik. Azərbaycan cəmiyyəti yaradılan vaxtdan bəri hər il Novruz bayramını keçiririk. Bu bayramı qədimlərdə Çuvaşiyada da keçirirdilər, lakin sonralar unudulmuşdur.

Heydər Əliyev: Bu Yaxınlarda Türkiyə və Azərbaycan yazıçıları burada "Dialoq Avrasiya" jurnalı nəşr etməyə başlamış və onun təqdimatina məni də dəvət etmişdilər. Siz orada oldunuzmu?

Missi Yuxma: Orada idik, sizin çıxışınızı dinlədik.

Heydər Əliyev: Mən Azərbaycan dilində danışırdım. Jurnalda Novruz bayramı haqqında iki məqalənin olması məni sevindirdi. Mən orada dedlm ki, Novruz bizim bütün xalqlarmızın qədim bayramıdır. Bəzi xalqlar onu unudublar. Azərbaycanlılar isə unutmayıblar. Mən orada dedim ki, Novruz bayramı Azərbaycanda keçirilən kimi heç yerdə keçirilmir. Biz müstəqil dövlətlər olduqdan sonra isə Novruzu Özbəkistanda, Türkmənistanda da keçirməyə başladılar. Məsələn, Türkiyədə bu bayramı keçirmirdilər. Lakin iki il bundan əvvəl Türkiyə nümayəndə heyəti Novruz günlərində burada idi. Onlar mənimlə birlikdə şəhərdə, şənliklərdə oldular. Onlar bütün bunları gorüb prezident Süleyman Dəmirələ danışdılar. O da dedi: bəs nə üçün biz bu bayramı keçirmirik? İndi bu bayramı Türkiyədə daha geniş keçirməyə başlamışlar. Bu, həqiqətən, xalqımızın ən qədim bayramıdır. Deməli, siz o təqdimatda idiniz, şadam ki, məni dinlədiniz.

Aleksandr Nikitin: Cənab Hidayət Orucov yanımızda oturmuşdu və o bizə çox şeyi tərcümə etdi.

Missi Yuxma: Onunla dostlaşmağımıza çox şadıq. O öz xalqının, türk dünyasının böyük vətənpərvəridir, gözəl şairdir. O bizi dəstəkləyir, bizə kömək edir.

Heydər Əliyev: Mənə xoşdur ki, siz "Dədə Qorqud"un 1300 illiyində olmusunuz. Bu çox yaxşıdır. Bizim Polad Bülbüloglu, TÜRKSOY-un sədri bu yaxınlarda mənə dedi ki, Çuvaşiyada TÜRKSOY-un növbəti iclasi keçirilmişdir. O orada idi, onu yenidən TÜRKSOY-un sədri seçdilər. TÜRKSOY çox mühüm rol oynayan təşkilatdır. Çünki indi xalqlarmızın tarixi köklərinin bərpası ən çox mədəniyyət, ədəbiyyat, tarix vasitəsilə həyata keçirilməlidir. Biz, türkdilli dövlətlərin liderləri də görüşürük. Bu görüşlərdə daha çox iqtisadiyyat, siyasət məsələləri olur, siyasət isə bəzi ölkələrdə qıcıqlanma doğurur: yeni blok yaradılır və sair. Xeyr, heç bir yeni blok yoxdur. Amma iş xalqlarmızın mədəniyyətinin, elminin, tarixinin, tarixi köklərinin xətti ilə görüldükdə, burada qəbahətli bir sey yoxdur. Əksinə, bu ən başlıcasıdır. İqtisadiyyat hər yerdə iqtisadiyyatdır - sizdə traktor zavodu, pambıq-parça kombinatı, bizdə isə neft, maşınqayırma zavodları var. Özü də indi, elmi-texniki tərəqqidə belə böyük sıçrayış edildiyi bir vaxtda. Ancaq mədəniyyəti, dili, adət-ənənələri artıq heç kim dəyişə bilməz. Elm, texnika nə dərəcədə inkişaf etsə də, nə kimi sıçrayışlar edilsə də, hətta Marsa uçsalar da, xalqların qədim ənənələri heç vaxt ləğv oluna bilməz. Sizə deyim ki, sovet dövründə burada, Azərbaycanda az-az adam billrdi ki, çuvaşlar türkdilli xalqdır. Tatarıstanı tanıyırdılar, Başqırdıstanı tanıyırdılar, çuvaşların türkdilli xalq olduğunu isə bilmirdilər. Azərbaycanda ayrı-ayrı tədqiqatçılar bilirdilər, xalq isə bilmirdi. Mən isə bilirdim, ona görə də sizə gəlmişdim.

Missi Yuxma: Biz sizin dəstəyinizı yadda saxlayaraq, tarixımızın qaytarılması üzərində işləməyə başladıq. Məsələn, bu yaxınlarda mənim "Qədim çuvaşlar" kitabım çapdan çıxdı. Biz əslində tarixi xalqımıza qaytardıq. İndi bu işi davam etdırərək, dünyanın türkdilli xalqları ədəbiyyatlarının antologiyasını hazırlamaga başlamışıq ki, hər bir çuvaş oxusun, qalan türkdilli xalqları tanısın. Azərbaycan ədəbiyyatı ilə əlaqədar maraqlı bir hadisə oldu. Orada biz hər bir xalq haqqında tarixi məlumat, 15 yazıçı haqqında məlumat verməyi qərara almışdıq. Azərbaycan ədəbiyyatına dair bölməyə 15 nəfər heç cür yerləşmirdi. Heç olardimi ki, Füzulini daxil edəsən, Sabiri yox, Rəsul Rzanı necə daxil etməyəsən? Qərara aldıq ki, hər ədəbiyyatdan 18 nəfər daxil edəkə çox çalışdıq, yenə də bir şey çıxmadı. İndi Azərbaycan ədəbiyyatı sayəsində hərədən 20 nəfər daxil etdik.

Heydər Əliyev: Bilirsinizmi, mən hələ onda görürdüm, hiss edirdim ki, bu türkdilli respublikalarda, müsəlman respublikalarında güclü assimilyasiya gedir. Mən Çeboksaridə olanda Vilayət Partiya Komitəsinin birinci katibi ilə danışdım, əlbəttə, çox ehtiyatla danışırdım, ona görə ki, bilmirdim, kim necə basa düşəcəkdir. Amma mən ona eyham etdim ki, əlbəttə, rus dili bizim hamımız üçün gərəkdir, bu dil olmadan bizim sovetlər ölkəsində həyat ola bilməz, ancaq bununla yanaşı, hər bir xalq öz dilini qorunmalıdır. Mən ona bəzi məsləhətlərimi verdim. Aydındır, siz Rusiyanın mərkəzindəsiniz. Bəs indi siz öz dilinizdə məktəbləri bərpa edirsinizmi?

Missi Yuxma: Bərpa etmişik, özü də təkcə Çuvaşiya Respublikasında deyil, hətta onun hüdudlarından kənarda - Samara vilayətində, Tatarıstanda, Başqırdıstanda da.

Heydər Əliyev: Siz dediniz ki, çuvaşlar Rusiyanın sayca üçüncü xalqıdır. Bu belədir?

Missi Yuxma: Bəli, 3 milyon çuvaş var.

Heydər Əliyev: Mən bilirəm ki, ikinci yerdə tatarlardır.

Missi Yuxma: Tatarlardan sonra bizikə çuvaşlar çox möhkəm tarixi kökləri olan böyük xalqdır. Sizin Çeboksariyə gəlişiniz, Sizin sözləriniz, xoş münasibətiniz, köməyiniz və yüksək vəzifəli rəhbərin, türk mənşəli rəhbərin gəlişi bizim üçün olduqca böyük rol oynadı.

Heydər Əliyev: Mən bunu hiss etdim. Çünki çar Rusiyası dövründə də, Sovetlər İttifaqı dövründə də bizim xalqlarımızdan Kremldə belə yüksək səviyyəli bir nəfər də olmayıbdır.

Aleksandr Nikitin: Kirilenko olubdur.

Heydər Əliyev: Kirilenko kimdir? O ukraynalıdır. Mən bizim xalqlarımızdan, türkdilli xalqlardan, müsəlmanlardan danışıram.

Missi Yuxma: Heydər Əliyeviç, o vaxt mən deyəndə ki, çuvaş türküyəm, Siz mənə elə məhəbbətlə baxdınız. Bu məni ruhlandırdı, mən milli hərəkata başçılıq etdim. Biz çox böyük bir təşkilat yaratdıq. Bütün bunlar Sizin sayənizdə olmuşdur. Bunu təkcə mən yox, dostlarım da başa düşürlər. Ona görə do bütün bu reallıqları nəzərə alaraq, biz bir yerə toplaşdıq və böyük mütəfəkkirimiz, yeni yazıçımızın, Simbirsk çuvaş məktəbinin yaradıcısı, əslində millətimizin xilaskarı olmuş İvan Yakovlevin adını daşıyan ÜmumÇuvaşiya Milli Mükafatına Sizin namizədliyinizi rəsmən irəli sürdük. Biz 27 nəfərdən - aparıcı yazıçılarımızdan, alimlərimizdən, ictimai xadimlərimizdən ibarət bir heyətdə toplaşdıq və məni sevindirən o oldu ki, təqdimatı oxuyub, hörmətli Heydər Əliyeviçin namizədliyini irəli sürdükdə, komissiyanın bütün üzvləri ayağa qalxdı. İndi Sizin icazənizlə, Heydər Əliyeviç, mən ayağa qalxıb diplomda yazılanları oxumaq istəyirəm.

Heydər Əliyev: Buyurun.

Missi Yuxma: "Diplom nömrə 25. Çuvaş xalqının dirçəlməsi naminə böyük fədakar fəaliyyitinə görə və çuvaş xalqının da aid olduğu türk xalqların milli oyanışı və dirçəlişi işində görkəmli xidmətlərinə görə, onların dostluğunun, qardaşlığının, mehriban qonşuluğunun və həmrəyliyinin genişlənməsinə və möhkəmlənməsinə çox böyük töhfəsinə görə, türk dünyası xalqlarının elminin, mədəniyyətinin və maarifçilik fəaliyyətinin tərəqqisinə olduqca böyük şəxsi töhfəsinə görə, öz türk köklərimizin dərindən öyrənilməsi yoluna sönməz məşəl tutduğuna görə 1999-cu ilin İvan Yakovleviç Yakovlev adına ÜmumÇuvaşiya Milli Mükafatı Azərbaycan Respublikasının prezidenti Heydər Əlirza oglu Əliyevə verilir. Komissiyanın sədri:Yuxma, katibi: Qavrilova"

Heydər Əliyev: Sağ olun.

Missi Yuxma: Hörmətli, bizim hamımızın sevimlisi Heydər Əliyeviç, icazə verin, bu ən yüksək mükafatımızın diplomunu Sizə təqdim edim. Dös nişanını, İvan Yakovlevin büstünü, xatirə hədiyyələrini, Çuvaşiyada nəsr olunan qəzetləri, nəvəniz - balaca Heydər üçün hədiyyələri də təqdim edirəm. Eyni zamanda ÜmumÇuvaşiya ictimai Mədəniyyət Mərkəzının vitse-prezidenti xanım Roze Sevlebin çuvaş dilində yazdığı "Usaqlığımın bağı" kitabını və mənim "İrs" kitabimi da Sizə təqdim edirəm.

Heydər Əliyev: Çox Sağ olun. Mən heç vaxt bu qədər hədiyyə qəbul etməmişəm. Sizdə nə qədər azərbaycanlı yaşayır?

Aqil Əliyev (Çuvaşiya-Azərbaycan Dostluq Cəmiyyətinin prezidenti): 1500-dən çox, təxminən iki minə yaxın.

Heydər Əliyev: Normal yaşayırsınız?

Aqil Əliyev: Bəli, hər şey yaxşıdır.

Aleksandr Nikitin: Onun ofisi bizim ictimai mədəniyyət mərkəzimizdədir. Biz birlikdə işləyirik.

Heydər Əliyev: Çox sağ olun. Mənə verdiyiniz diqqətə görə sizə çox təşəkkür edirəm. İlk öncə bu yüksək mükafata görə, mənim fəaliyyətimi, mənim xidmətlərimi belə yüksək qiymətləndirdiyinizə görə və bütün digər hədiyyələrinizə görə sizə təşəkkür edirəm. Ən başlıcası budur ki, siz gəlmisiniz, biz söhbət etmək, keçmişi xatırlamaq, gələcək barəsində düşünmək imkanı qazandıq. Bir daha təkrar edirəm, 1986-ci ildə mən qəlbimin hökmü ilə Çuvaşiyaya gəldikdə məni, təbii olaraq, traktor zavodu da, pambıq-parça kombinati da, bir çox başqa şeylər də maraqlandırırdı. Biz orada fəalların böyük bir yığıncağını keçirdik. Mən bu yığıncaqda çıxış etdim. Əslində sizin bütün respublikanız oraya toplaşmışdı. Mən küçələri gəzdim - mənim xarakterim belədir. Ola bilsin ki, bu o vaxtlar bir qədər təəccüblü görünürdü. Çünki o vaxtlar Sovetlər İttifaqının rəhbərləri belə hərəkət etmirdilər, belə şeyləri özlərinə rəva bilmirdilər. Amma mənim xarakterim belədir. Mən həmişə, burada da, Moskvada da işləyəndə küçələrdə, mağazalarda, meydanlarda insanlarla birbaşa ünsiyyətdan çox şey öyrənirdim. Başlıcası isə, məni sizdə cəlb edən bu idi ki, Çuvaşiya mənim üçün doğma ölkədir, çuvaşlar mənim üçün doğma xalqdır. Təkrar edirəm, o vaxtlar bütün bunlar üçün, təəssüflər olsun, imkan yox idi. Sovetlər İttifaqı dağılan kimi biz bu ideologiyadan xilas olduq, bir baxın, xalqınız öz zəngin tarixini, zəngin mədəni dəyərlərini, öz dövlətçiliyini bərpa etmək üçün qısa müddətdə nə qədər işlər görmüşdür. Halbuki o vaxtlar çuvaş dövlətçiliyindən heç danışmaq da mümkün deyildi. Yalniz onu deyirdilər ki, çuvaşlar Oktyabr inqilabından sonra təhsil almışlar və sair. Halbuki, türk xalqlarının, o cümlədən də çuvaş xalqının necə qədim, zəngin tarixi, zəngin sivilizasiyası var. Mən şadam ki, sizdə dirçəliş prosesi gedir. Əlbəttə, Azərbaycanda biz çox şeyi qoruyub saxlamışıq, heç nəyi itirməmişik. Amma buna baxmayaraq, indi biz tamam başqa şəraitdə, müstəqillik şəraitində yaşayırıq.

Missi Yuxma: Heydər Əliyeviç, biz Qobustanda olduq, Yanardağı gördük. Biz çox ümidvarıq ki, kitablarımız burada Azərbaycan dilində nəsr olunacaqdır. Biz özümüz də Azərbaycan kitablarını tərcümə etmək istəyirik.

Heydər Əliyev: Çox yaxşı. Sizə təşəkkür edirəm. Sağ olun. Ən əvvəl çuvaş xalqına, respublikanızın bütün vətəndaşlarına, rəhbərlərinizə salam çatdırın. Sizdə prezident Fyodorovdur, o, Rusiyada tanınmış adamdır. Axı Ədliyyə naziri olubdur. O özünün ictimai və dövlət fəaliyyəti ilə tanınmışdır. Sizdə kosmonavt da var. Əslinə qalsa, ruslardan və ukraynalılardan başqa, digər xalqlardan kosmonavtlar az idi. Əvəzində, çuvaşlar kosmonavt verə bildilər. Hətta azərbaycanlılar da kosmonavt verə bilmədilər, amma çuvaşlar verdilər. Sizin çoxlu uğurlarınız var. Mən buna şadam. Hesab edirəm ki, indi, respublikanız öz milli xüsusiyyətinə, milli dövlətçiliyinə nail olduqdan sonra sizi qarşıda hələ çox nailiyyətlər gözləyir. Sizə uğurlar arzulayıram, yenə də gəlin.

Tarixi arayış

MƏDƏNİYYƏT