Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Gürcüstan Prezidenti zati-aliləri cənab Eduard Şevardnadzeyə təbriki - Bakı şəhəri, 24 may 2001-ci il


Hörmətli Eduard Amvrosiyeviç!

Milli bayram – Dövlət müstəqilliyinin bərpa olunması günü münasibətilə Sizi və dost Gürcüstan xalqını ürəkdən təbrik edirəm.

Xalqlarımızın çoxəsrlik dostluğu bu gün Azərbaycanla Gürcüstan arasında hərtərəfli əməkdaşlığın inkişafı üçün möhkəm təməldir. Əminəm ki, ikitərəfli əlaqələrimiz, qarşılıqlı anlaşmamız və strateji tərəfdaşlığımız ölkələrimizin çiçəklənməsi, Qafqazda sülh, sabitlik və tərəqqi naminə bundan sonra da möhkəmlənəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, səadət və dövlət fəaliyyətinizdə uğurlar, qardaş Gürcüstan xalqına sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti