Pakistanİslam Respublikasının Baş naziri zati-aliləri Nəvaz Şərif cənablarına - Bakı şəhəri, 11 mart 1997-ci il


Zati-aliləri, Sizi Pakistan İslam Respublikasının baş naziri seçilməyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Mən iki qardaş ölkə arasında mövcud olan dərin köklü siyasi, iqtisadi, mədəni və tarixi əlaqələrin daha geniş inkişafına böyük əhəmiyyət verirəm və əminəm ki, Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələri daha da genişlənib, xalqlarımızın rifahı naminə inkişaf edəcəkdir.

Fürsətdən istifadə edərək, Sizə bir daha öz dərin hörmət və ehtiramımı bildirirəm.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış