Moldova Respublikasının Prezidenti zati-aliləri cənab Vladimir Voroninə - Bakı şəhəri, 21 avqust 2001-ci il


Hörmətli Vladimir Nikolayeviç!

Milli bayram - Moldova Respublikasının müstəqilliyinin elan olunmasının 10 illiyi münasibətilə Sizi və dost Moldova xalqını ürəkdən təbrik edirəm.

Əminəm ki, Sizin rəhbərliyinizlə qardaş Moldova suverən, demokratik, hüquqi dövlətin qurulması və möhkəmləndirilməsi, dünya birliyinə inteqrasiya yolu ilə bundan sonra da inamla gedəcəkdir.

Əminəm ki, Azərbaycanla Moldova arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri regionda sülh və sabitlik naminə, xalqlarımızın tərəqqisi naminə möhkəmlənəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, uğurlar, qardaş Moldova xalqına sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 26 avqust 2001-ci il.