Hicri təqvimi


Ərəblər hələ miladdan öncə qəməri təqvimdən (ayın yer ətrafında hərəkətinə əsaslanan bu təqvim 30 gün davam edirdi) istifadə edirdi. Hicri tarix (622-ci ildə Məhəmməd peyğəmbərin Məkkədən Mədinəyə hicrət tarixindən hesablanır) qəbul olunanda bu təqvim əsas götürüldü və hicri-qəməri adlandırıldı. Səudiyyə Ərəbistanı, İraq, Yəmən, Misir, Suriya, Pakistan, İndoneziya, Sudan və s. müsəlman ölkələrində bu təqvimdən istifadə olunur.