Yeltsin Boris (1931-2007)


Rusiya siyasi və dövlət xadimi. 1991-1999-cu illərdə Rusiya Federasiyasının prezidenti. Müstəqil Rusiya Federasiyasının ilk və demokratik seçkilərlə seçilmiş prezidentidir. Azərbaycanla münasibətlər və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mütərəqqi bəyanatlar versə də, bəzən Rusiyanın bu məsələlərlə bağlı siyasətində ziddiyyətlər müşahidə edilib. Bu, xüsusilə Ermənistanın silahlandırılması və Rusiyanın münaqişənin həllində vasitəçiliyində təzyiqə yol verməsində özünü göstərib