Ukrayna Prezidenti zati-aliləri cənab Leonid Kuçmaya - Bakı şəhəri, 24 avqust 1999-cu il


Hörmətli Leonid Daniloviç, Sizi və qardaş Ukrayna xalqını Ukraynanın milli bayramı - Müstəqillik günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycanla Ukrayna arasında yaranmış qarşılıqlı surətdə faydalı və səmərəli əməkdaşlıq, xalqlarımızın ənənəvi mehriban, dostluq münasibətləri ölkələrimizin çiçəklənməsi, regionda sülh, sabitlik və tərəqqi naminə daha da möhkəmlənəcək və inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, bütün Ukrayna xalqına firavanlıq və tərəqqi arzulayıram. 

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti