Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fransa Respublikasının Prezidenti Jak Şirakın adından Avropa Şurasının zirvə toplantısı iştirakçılarının şərəfinə təşkil olunmuş rəsmi ziyafət zamanı Slovakiya Respublikasının Prezidenti Mixail Kovaç, Makedoniya Respublikasının Prezidenti Kiro Qliqorov, Avropa Şurası Parlament Assambleyasının Prezidenti xanım Leni Fişer və mərasimin bir sıra digər iştirakçıları ilə söhbətindən - Strasburq, Avropa sarayı, 10 oktyabr 1997-ci il


Hörmətli cənab Kovaç, cənab Qliqorov və xanım Fiser!

Avropa Şurasının ikinci zirvə görüşü iştirakçılarının şərəfinə Fransa prezidenti Jak Şirakın adından təşkil olunmuş bu mötəbər rəsmi ziyafətdə sizinlə görüşməyimdən və səmimi söhbət etmək imkanı qazanmağımdan çox razıyam və buna görə də təşəkkürümü bildirirəm.

Söhbət zamanı sizin ölkəmizin daxili ictimai-siyasi vəziyyəti ilə, iqtisadiyyatın yenidən qurulması sahəsində görülən tədbirlərlə, xarici iqtisadi əlaqələrin genişləndirilməsi, neft müqavilələrinin həyata keçirilməsi gedişi ilə maraqlanmağınız, Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılması məsələsinə daha çox toxunmağınız mənim çox xoşuma gəldiyindən və məni razı saldığından bütün bu məsələlər ətrafında ətraflı məlumat vermək fikrindəyəm. Çünki bu məsələlər mənim ölkəmin həyatı mənafeləri ilə sıx bağlıdır və bunlar barədə respublikamzın düzgün və obyektiv mövqeyindən bütün dünya ictimaiyyətinin dolğun xəbər tutması vaxtı çoxdan çatmışdır.

Bildirirəm ki, Azərbaycan hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu, bazar iqtisadiyyatı yolu ilə gedir. Biz bütün ölkələrlə, o cümlədən Avropa dövlətləri ilə qarşılıqlı surətdə faydalı əlaqələr yaratmağa çalışırıq. Azərbaycan sülhsevər ölkədir və uzun müddət davam edən Ermənistan-Azərbaycan münaqişəsinin də sülh yolu ilə, ədalətlə aradan qaldırılmasını istəyir. Biz regionumuzda, Avropada və bütün dünyada sülh və əminamanlıq olmasını arzulayırıq. Ona görə də Avropanın bütün strukturları ilə əlaqələr yaratmağa çalışır, o cümlədən Avropa Şurasının tam hüquqlu üzvü statusu almaq istəyirik.

Səmimi söhbət üçün bir daha təşəkkür edirəm.

Oçerklər

Azərbaycan - Avropa

Ümumi tarixi arayış

Azərbaycan - Avropa

Tarixi arayış

Azərbaycan - Avropa