Çingiz Aytmatov (1928-2008), Qırğızıstan Xalq yazıçısı


Heydər Əliyev həqiqətən də tarixi, hətta əfsanəvi  şəxsiyyətdir. Bu, sovet dövründə də belə idi, bugünki MDB  məkanında, xeyli çətinləşmiş müasir dünya şəraitində belədir. Heydər Əliyev hər zaman xalqının xidmətində olmuşdur.

Heydər Əliyev onun yaşıdlarının və hətta ondan bir çox siyasi xadimin bacarmadığı xüsusiyyəti - müasir  dövrün ən aktual çağırışlarına hazır olmağı nümayiş  etdirə bilmişdir. Məhz Heydər Əliyevin zəngin siyasi təcrübəsinin və humanitar dünyagörüşünün genişliyi nəticəsində indi  Azərbaycanda sabitlik, tolerantlıq, mədəniyyət, maarifçilik hökm sürməkdədir. Bütün bunlar isə Azərbaycan dövlətinin müasir inkişafını və tərəqqisini təmin edəcək əsas amillərdir.

Bütün bu həqiqətlər qloballaşan bazar iqtisadiyyatı  şəraitindəki dünyanın gözü önündə cərəyan edir. Müstəqillik dövründə  qarşılaşdığı çox böyük çətinliklərə, problemlərə  baxmayaraq, Azərbaycan həm bölgədə, həm də dünyada layiqli, demokratik yerini tutmuşdur.

Bu məsələdə isə həlledici rol, tarixi missiya Azərbaycan  Respublikasının Prezidenti Heydər Əliyevin öhdəsinə düşür.  Çünki, o, müasir dövrün siyasi liderləri arasında böyük ehtiyac  duyulan bir şəxsiyyətdir.

Heydər Əlirza oğlu XX əsrin ən böyük liderlərindəndir. O, müasir demokratik Avrasiyanın yeni tarixinin bugünkü qurucularından biridir.

"Dünyanı heyran qoyan insan" (İdeyanın müəllifi və buraxılışa məsul: Ramiz Mehdiyev) - Azərnəşr, Bakı-2004, s.187-188

xxx

Heydər Əliyev XX əsrin görkəmli liderlərindən biri kimi müasir demokratik Avrasiyanın yeni tarixinin bugünkü qurucularındandır.

http://heydar-aliyev-foundation.org