Türkiyə Petrollari Anonim Ortaqlığı (TPAO)


Türkiyə Respublikasında yeganə dövlət neft və qaz şirkəti. 1954-cü ildə yaradılıb. Hazırda 4 mindən çox insanın çalışdığı şirkət 1983-cü ildən başlayaraq öz fəaliyyətini genişləndirərək həm ölkə daxilində, həm də ölkənin hüdudlarından kənarda enerji daşıyıcılarının kəşfiyyatı, hasilatı, daşınması və marketinqi ilə məşğul olur. 1994-cü ildə Xəzərin Azərbaycan sektorunda yerləşən üç iri neft yatağının iri xarici neft şirkətləri ilə birgə işlənilməsini nəzərdə tutan "Əsrin müqaviləsi"ndə pay aldıqdan sonra (hazırda bu müqavilədə şirkətin payı 6,75%-dir) TPAO öz fəaliyyətini Xəzər regionunda daha da genişləndirib. Həmçinin TPAO Şimali Afrikada, Orta Asiyada da fəaliyyət göstərir. Hazırda şirkətin fəaliyyət göstərdiyi ölkələrin coğrafiyası belədir: Azərbaycan, Qazaxıstan, Livan, Suriya, Türkmənistan, Gürcüstan, Iraq, Misir, Rusya və Əlcazair.

Şirkət son vaxtlarda Qara dənizin Türkiyəyə məxsus sektorunda təbii qaz, Suriya ilə sərhəddə isə neft ehtiyatlarına malik yataqlar aşkarlayıb və burada intensiv kəşfiyyat işləri aparır.