Hörmətli cənab Prezident!
Uruqvay Şərq Respublikasının Milli bayramı - Müstəqilliyin elan edilməsi günü münasibətilə Sizi və dost Uruqvay xalqını səmimi-qəlbdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Uruqvay arasında təşəkkül tapmaqda olan dostluq münasibətləri ölkələrimizin və xalqlarımızın rifahı naminə daim inkişaf edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə sülh və əmin-amanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti.