Rafiq Əl - Həriri, Livanın keçmiş Baş naziri (1992-1998; 2000-2004)


Heydər Əliyev görkəmli, müdrik dövlət xadimidir, Heydər Əliyev ilə görüşmək mənim üçün böyük şərəf və baş ucalığıdır. Bütün ərəb dünyasında da görkəmli, müdrik dövlət xadimi kimi məşhur olan Prezident Heydər Əliyevin rəhbərliyi ilə əldə edilmiş nailiyyətlər Livanda rəğbətlə qarşılanır. Məhz Prezident Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycanın dünya birliyində layiqli yer tutması, Xəzərin Azərbaycan sektorundakı yataqların birgə işlədilməsinə dair bir çox şirkətlərlə imzalanmış müqavilələr Azərbaycanın suverenliyinin əbədi olmasına və bu bölgədə həmin dövlətlərin iqtisadi maraqlarının həyata keçirilməsinə çox böyük təminat verir.

Heydər Əliyevin şöhrətli şəxsiyyətləri barədə məlumatlar təkcə Livanda deyil, bütün ərəb dünyasında geniş yayılmışdır. 

«Dünyanı heyran qoyan insan» (İdeyanın müəllifi və buraxılışa məsul: Ramiz Mehdiyev) - Azərnəşr, Bakı-2004, səh.139.