Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti zati-aliləri cənab Corc Buşa təbriki - Bakı şəhəri, 28 iyun 2001-ci il


Hörmətli cənab Prezident!

Amerika Birləşmiş Ştatlarının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və dost Amerika xalqını səmimi-qəlbdən təbrik edirəm.

Ölkələrimiz arasındakı dostluq, əməkdaşlıq əlaqələrinin və strateji tərəfdaşlıq münasibətlərinin inkişafına böyük əhəmiyyət verirəm. Əminəm ki, qarşılıqlı surətdə faydalı olan ikitərəfli əlaqələrimiz bundan sonra da xalqlarımızın mənafeyi naminə inkişaf edəcək və genişlənəcəkdir.

Mən həmçinin Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində Sizin səylərinizi yüksək qiymətləndirirəm.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə sülh və əmin-amanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti.