Аzərbаycаn Rеspublikаsının Prеzidеnti Hеydər Əliyеvin АBŞ-ın Klivlend şəhərindən ANS telekanalına tеlеfоnlа məхsusi müsаhibəsi - 4 mаrt 2003-cü il


Sual: Cənab Prezident, özünüzü necə hiss edirsiniz?

Cavab: Özümü çox yaxşı hiss edirəm. Hər şey yaxşıdır. Heç nədən narahat olmayın. Səhhətim çox yaxşıdır. Müayinə hər il keçir. İndi də müayinə keçdi, nəticələri çox yaxşı oldu. Hər şey yaxşıdır.

Sual: Cənab Prezident, əməliyyat aparılması Sizin təşəbbüsünüz idi, yoxsa həkimlər təklif etdilər?

Cavab: Bu məsələ əvvəl də var idi. Həkimlər bu əməliyyatı keçirməyi təklif etdilər, mən də razı oldum. Həftənin birinci günü, yəni dünən əməliyyat keçirildi. Bu gün artıq özümü çox yaxşı hiss edirəm.

Sual: Cənab Prezident, inşallah, nə vaxt qayıdırsınız?

Cavab: İnşallah, üç-dörd günə qayıdıram.

Jurnalist: Cənab Prezident, Od çərşənbəsi münasibətilə Sizi təbrik edirik.

Heydər Əliyev: Sağ olun, mən də sizi təbrik edirəm, cansağlığı arzulayıram. Novruz bayramınızı da təbrik edirəm, bu bayramı mən də çox böyük arzularla gözləyirəm. Təşəkkür edirəm, salamlar söyləyin.

Jurnalist: Cənab Prezident, çox sağ olun ki, müsahibə üçün ANS-i seçdiniz.

Tarixi arayış

MÜSAHİBƏLƏR