Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Filippin Respublikasının Prezidenti zati-aliləri xanım Qloriya Makapaqal Arroyoya təbriki - Bakı şəhəri, 9 iyun 2001-ci il


Hörmətli xanım Prezident!

Filippin Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və dost Filippin xalqını ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan Respublikası ilə Filippin Respublikası arasında təşəkkül tapan dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın rifahına xidmət edərək daha da genişlənəcək və inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Oçerklər

Azərbaycan - Asiya

Ümumi tarixi arayış

Azərbaycan - Asiya

Tarixi arayış

Azərbaycan - Asiya