Ruminiya Respublikasının prezidenti Zati-aliləri cənab Emil Konstantineskuya - 2 noyabr 1999-cu il


Hörmətli cənab Prezident!

Sizi və dost rumın xalqını Rumıniyanın milli bayramı – Rumınların birlik günü münasibəti ilə ürəkdən təbrik edirəm.

Mən Azərbaycan Respublikası ilə Rumıniya arasında formalaşmış dostluq əlaqələrinin və əməkdaşlığın inkişafını yüksək qiymətləndirirəm.

Əminəm ki, ölkələrimiz arasındakı tarixi köklərə malik əlaqələrin genişlənməsi və möhkəmlənməsi xalqlarımızın rifahının yüksəlməsinə xidmət edəcəkdir.

Fürsətdən istifadə edərək Sizə cansağlığı və səadət, ölkənizə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Tarixi arayış

Azərbaycan - Avropa