Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri zati-aliləri cənab Toni Bleyrə təbriki - Bakı şəhəri, 8 iyun 2001-ci il


Hörmətli cənab Baş nazir!

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında təşəkkül tapmış dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətlərinə böyük əhəmiyyət verirəm. Ümidvaram ki, ölkələrimiz arasındakı əlaqələr xalqlarımızın rifahı naminə daim genişlənəcək və inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, səadət, işlərinizdə uğurlar, dost Böyük Britaniya xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Oçerklər

Azərbaycan - Avropa

Ümumi tarixi arayış

Azərbaycan - Avropa

Tarixi arayış

Azərbaycan - Avropa