Uluqbəy Məhəmməd Tarağay


Özbək astronomu, riyaziyyatçı. Əmir Teymurun nəvəsi. 1409-cu ildə Səmərqənd hakimi elan edilib, atası Şahruxun ölümündən sonra Teymurilər sülaləsinin başçısı olub. Uluqbəy rəsədxanasında tərtib edilən ulduz kataloqu uzun müddət dünyada ən yaxşı kataloq olub, Oksfordda nəşr edilib. O, özbək dilində şerlər yazıb, tibb elmi ilə maraqlanıb.