Əlahəzrət!
Tailand Krallığının milli bayramı -Kralın Təvəllüdü Günü münasibətilə Sizi, kral ailəsinin üzvlərini və dost Tailand xalqını ürəkdən təbrik edir, Sizə cansağlığı və səadət, xalqınıza firavanlıq və əmin-amanlıq arzulayıram.
Ümidvaram ki, Azərbaycan Respublikası ilə Tailand Krallığı arasında dostluq və əməkdaşlıq münasibətləri genişlənərək xalqlarımızın mənafeyinə, ümumi sülh və tərəqqi işinə xidmət edəcəkdir.
Hörmətlə,
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.