Fələstin dövlətinin Prezidenti zati-aliləri cənab Yasir Ərəfata - Bakı şəhəri, 5 avqust 1999-cu il


Hörmətli cənab prezident!

Sizi, müsəlman və ərəb aləminin görkəmli siyasi xadimini, Fələstin xalqının yenilməz liderini 70 illiyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Fələstinin azadlığı uğrunda uzun illər boyu fədakarcasına mübarizəniz ilə Siz nəinki öz xalqınızın, həm də bütün sülhsevər dünya ictimaiyyətinin böyük məhəbbət və hörmətini qazanmısınız.

Ümidvaram ki, xalqlarımız arasındakı dostluq münasibətləri daim genişlənəcək və inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Fələstin xalqına sülh, əmin-amanlıq və tərəqqi arzulayıram. 

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti