Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiya Federal Məclisi Federasiya Şurasının sədri, MDB Parlamentlərarası Assambleyası Şurasının sədri Yeqor Stroyevlə görüşdən sonra jurnalistin sualına cavabı - Moskva, 16 may 1996-cı il


Yeqor Semyonoviçlə çox ətraflı söhbətimiz oldu. Söhbət ən əvvəl Rusiya ilə Azərbaycan arasında münasibətlərin daha da inkişaf etdirilməsi məsələləri ilə bağlı idi. Rusiya böyük ölkədir, bizə dost ölkədir. Rusiya bizim şimal qonşumuzdur, biz Rusiya ilə tarixən bağlıyıq. Buna görə də Rusiya ilə Azərbaycan arasında münasibətlər bizim üçün xarici siyasətimizdə üstün istiqamət təşkil edir. О ki, qaldı MDB-yə, əlbəttə, istərdik ki, bu birlik daha səmərəli orqan olsun. Mən belə düşünürəm ki, biz hər dəfə toplaşdıqda irəliyə doğru addım atırıq.

Sabah dövlət başçıları çox mühüm məsələləri müzakirə edəcəklər. Bu məsələlərin müzakirəsinə mən də hazıram.

Tarixi arayış