Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Zambiya Respublikasının Prezidenti zati-aliləri cənab Frederik Çulubaya təbriki - Bakı şəhəri, 16 oktyabr 2000-ci il


Hörmətli cənab Prezident!

Zambiya Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və dost Zambiya xalqını ürəkdən təbrik edir, Sizə cansağlığı və səadət, ölkənizə sülh və tərəqqi arzulayıram. İnanıram ki, Azərbaycan Respublikası ilə Zambiya Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələri xalqlarımızın rifahının yüksəlməsi, ölkələrimizin çiçəklənməsi naminə inkişaf edib genişlənəcəkdir.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti.

 

 

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış