Rumıniya Respublikasının prezidenti Zati-aliləri cənab Emil Konstantineskuya – Bakı şəhəri, 27 noyabr 2000-ci il


Hörmətli cənab prezident!

Rumıniya Respublikasının milli bayramı – Rumınların Birliyi günü münasibətilə Sizi və dost rumın xalqını salamlayır və səmimi qəlbdən təbrik edirəm.

Mən Azərbaycan Respublikası ilə Rumıniya Respublikası arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq əlaqələrinin hərtərəfli inkişafına böyük əhəmiyyət verirəm və əminəm ki, ölkələrimiz arasındakı qarşılıqlı əlaqələr gələcəkdə də genişlənib möhkəmlənərəg xalqlarımızın rifahının daha da yaxşılaşmasına, Avropada və bütün dünyada sülh və tərəqqi işinə xidmət edəcəkdir.

Fürsətdən istifadə edib Sizə cansağlığı və səadət, Rumıniyanın bütün vətəndaşlarına xoşbəxtlik və əmin-amanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

“Azərbaycan” qəzeti, 2 dekabr 2000-ci il