Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 500 illiyi münasibətilə Dərbənd şəhərində keçirilən Beynəlxalq Elmi Konfransın iştirakçılarına - 15 iyul 1996-cı il


Möhtərəm konfrans iştirakçtian, əziz dostlar! 

Sizi - dahi Azərbaycan şairi Məhəmməd Füzulinin möhtəşəm, ulu poeziyasının işığına yığışmış sənətsevərləri səmimi qəlbdən salamlayır, bu nəcib məramınızı ürəkdən alqışlayıram. 

Beş yüz ildir ki, Füzuli sənəti ülvi insani duyğuların, bəşəri dəyərlərin poetik salnaməsi kimi ürəkləri fəth edir. Füzuli təkcə Azərbaycanın, Şərqin deyil, bütün bəşəriyyətin dahi mütəfəkkiridir. 

Fitri istedad və yüksək sənətkarlıqla səciyyələnən Füzuli yaradıcılığı milli-coğrafi sərhəd tanımır, dünya mədəniyyətinin incisinə çevrilərək xalqlar arasmda mənəvi-mədəni əlaqələrin möhkəmlənməsində, millətlərin bir-birinə yaxınlaşmasında əvəzsiz rol oynayır. 

Azərbaycan, ərəb və fars dillərində ölməz sənət nümunələri yaradaraq zəngin ədəbi irs qoyub getmiş Füzulinin yaradıcılığı dünyanın bir çox görkəmli alimləri tərəfindən tədqiq edilmiş, onun həyatı və sənəti barədə dəyərli elmi əsərlər yazılmışdır. Qardaş Dağıstan alimləri öz xalqlarının Füzuli sənətinə olan böyük hörmət və məhəbbətini ifadə edərək dahi şairin yaradıcılığını dərindən öyrənir, sanballı elmi-tədqiqat işləri aparırlar. Dərbənd şəhərində keçirilən beynəlxalq elmi konfrans da Füzuli poeziyasının öyrənilməsində xüsusi əhəmiyyət kəsb edir. 

Əminəm ki, bu, beynəlxalq elmi konfrans Azərbaycan və Dağıstan xalqlarının dostluq, qardaşlıq münasibətlərinin daha da zənginləşməsinə xidmət edəcəkdir. 

Mən bir daha sizi - bütün Dağıstan sənətsevərlərini, füzulişünasları ürəkdən salamlayır, konfransınızın işinə uğurlar diləyirəm. 

Hörmətlə,

Heydər Əliyev,

Azərbaycan Respublikasımn Prezidenti