Zimbabve Respublikasının prezidenti zati-aliləri cənab Robert Qabriel Muqabeyə - Bakı şəhəri, 11 aprel 2002-ci il


Hörmətli cənab prezident!

Zimbabve Respublikasının milli bayramı - Müstəqillik günü elan edilməsi münasibətilə Sizi və bütün Zimbabve xalqını təbrik edirəm.

Əminəm ki, ölkələrimiz arasındakı münasibətlərin inkişafı daim xalqlarımızın mənafeyinə xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Zimbabve xalqına sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 18 aprel 2002-ci il

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış