Azərbaycanın pravoslav xristianlarına- 5 yanvar 1996-cı il


Hörmətli həmvətənlər!

Sizi - respublikanın bütün pravoslav xristianlarını Milad bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan tarixən ayrı-ayrı dinlərin qarşılıqlı hörmət şəraitində dinc yanaşı yaşamasına nümunə olan bir ölkə kimi tanınmışdır. Hazırda demokratiya və tərəqqi yolu ilə irəliləyən respublikamızda bütün konfessiyaların inkişafı üçün bərabər imkanlar yaradılmış, vətəndaş həmrəyliyi daha da möhkəmlənmişdir. Dini etiqadından, dilindən, milli mənsubiyyətindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşları hüquqi, demokratik cəmiyyət quruculuğunda və Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində yaxından iştirak edirlər. Bu ümummilli işdə Azərbaycanın pravoslav xristianları da öz səylərini əsirgəmirlər.

Əziz qardaş və bacılar, bayram günündə sizə möhkəm cansağlığı arzulayır, hər birinizə xoşbəxtlik və doğma Azərbaycanımızın çiçəklənməsi naminə uğurlar diləyirəm.

 

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti