Hörmətli cənab Baş vali!
Milli bayramınız – Avstraliya günü münasibətilə Sizi və dost Avstraliya xalqını səmimi-qəlbdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan Respublikası ilə Avstraliya arasındakı dostluq və əməkdaşlıq əlaqələri ölkələrimizin və xalqlarımızın mənafeyi naminə daim genişlənəcək və inkişaf edəcəkdir.
Sizə möhkəm cansağlığı və işlərinizdə uğurlar, ölkənizə sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.