Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin Kiotodakı qədim Nidzö qəsri ilə tanışlıq zamanı söhbətindən - 28 fevral 1998-ci il


Hörmətli xanımlar və cənablar!

Bu gün mən doğrudan da həyatımda unutmayacağım çox maraqlı bir gün yaşadım. Yaponiyada, bu əsrarəngiz ölkadə, bir günün ərzində dünya möcüzələrinə bərabər abidələrlə tanış oldum. Gördüm və valeh oldum. XVIII əsrin əvvəllərində tikilməyə başlamış və 20 ildən artıq bir müddətdə tikintisi davam etmiş, sonralar isə neçə il yapon imperatorunun iqamətgahı olmuş bu qəsrdəki binaların əzəmətini və gözəlliyini adi sözlə təsvir etmək çətindir. Burada Kano rəssamlarının əl işləri ilə bəzədilmiş, zəngin dizayna malik möhtəşəm Ninomaru sarayı məndə böyük təəssürat oyatdı. Məni bir cəhət də məmnun etdi. Bu, yaponların öz tarixi keçmişlərinə olan sevgisi və qayğısıdır. Qəsrin həyətinin xüsusi zövqlə qurulması da mənim çox xoşuma gəldi. Mənə Yaponiya milli memarlığının nadir incisi olan Nidzö qəsrində olmaq imkanı yaratdığınız üçün sizə dərin minnətdarlığımı və məmnunluğumu bildirirəm. Sağ olun.