Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Çexiya Respublikasının Prezidenti zati-aliləri cənab Vatslav Havelə təbriki - Bakı şəhəri, 21 yanvar 1998-ci il


Zati-aliləri, Çexiya Respublikasının prezidenti seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimi yetirir, cansağlığı və səadət, məsul fəaliyyətinizdə uğurlar arzulayıram.

Sizin yenidən prezident seçilməyiniz ölkənizin xalqı arasında yüksək hörmət və rəğbət qazandığınızı sübut edir. Əminəm ki, Azərbaycan Respublikası ilə Çexiya Respublikası arasında dostluq və əməkdaşlıq münasibətləri ölkələrimizin dost xalqlarının mənafeyinə, ümumi sülh və tərəqqi işinə xidmət edəcəkdir.

Hörmət və ehtiramla,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Oçerklər

Azərbaycan - Avropa

Ümumi tarixi arayış

Azərbaycan - Avropa

Tarixi arayış

Azərbaycan - Avropa