Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Peru Respublikasının Prezidenti zati-aliləri cənab Valentin Paniaqua Korasaoya başsağlığı məktubu - Bakı şəhəri, 25 iyun 2001-ci il


Hörmətli cənab Prezident!

Ölkənizin cənubunda baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntı xəbərini kədər hissi ilə qarşıladım.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailə üzvlərinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış

XARİCİ SİYASƏT