Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Kanadanın baş naziri zati-aliləri cənab Jan Kretyenə məktubu - Bakı şəhəri, 26 iyun 2003-cü il


Hörmətli cənab baş nazir!

Kanadanın milli bayramı - Kanada günü münasibətilə sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafı işgüzar əlaqələrin və əməkdaşlığın genişlənməsinə xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 1 iyul 2003-cü il.

Tarixi arayış

XARİCİ SİYASƏT