Sinqapur Respublikasının prezidenti Zati-aliləri cənab S.R.Nathana – Bakı şəhəri, 4 avqust 2000-ci il


Hörmətli cənab prezident!

Sinqapur Respublikasının milli bayramı – Milli gün münasibətilə Sizi və dost Sinqapur xalqını səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı və səadət, ölkənizə əmin-amanlıq və böyük tərəqqi arzulayıram.

Ümidvaram ki Azərbaycan Respublikası ilə Sinqapur Respublikası arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da genişlənməsi hər iki xalqın rifahına xidmət edəcəkdir.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

“Azərbaycan” qəzeti, 9 avqust 2000-ci il

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış

Azərbaycan - Asiya