Almaniya Federativ Respublikasının federal kansleri zati-aliləri cənab Herhard Şröderə - Bakı şəhəri, 8 fevral 2000-ci il


Hörmətli cənab kansler!

Köln şəhəri yaxınlığında dəmir yolu qəzası nəticəsində insan tələfatı xəbəri məni ürəkdən kədərləndirdi. Baş vermiş faciə ilə əlaqədar sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verirəm.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 9 fevral 2000-ci il.