Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Nigeriya Federativ Respublikasının Prezidenti zati-aliləri cənab Olusequn Obasancoya təbriki - Bakı şəhəri, 25 sentyabr 2001-ci il


Hörmətli cənab Prezident!

Nigeriya Federativ Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və dost Nigeriya xalqını ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan Respublikası ilə Nigeriya Federativ Respublikası arasında təşəkkül tapmaqda olan dostluq münasibətləri genişlənərək xalqlarımızın rifahına xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Nigeriya xalqına əmin-amanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti.

 

 

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış