İran İslam Respublikasının Prezidenti zati-aliləri cənab Seyid Məhəmməd Xatəmiyə - Bakı şəhəri, 22 iyun 2002-ci il


Hörmətli cənab prezident!

Ölkənizin şimal-qərbində baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni ürəkdən kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə, bütün İran xalqına dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 23 iyun 2002-ci il.