Hindistan Respublikasının Prezidenti zati-aliləri cənab Raman Narayanana - Bakı şəhəri, 16 yanvar 2002-ci il


Hörmətli cənab prezident!

Hindistan Respublikasının milli bayramı - Respublika günü münasibətilə Sizi və dost Hindistan xalqını səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Hindistan arasında mövcud dostluq və əəməkdaşlıq əlaqələrini yüksək qiymətləndirirəm. Ümidvaram ki, ölkələrimiz arasındakı münasibətlər xalqlarımızın iradəsinə uyğun olaraq daha da inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 26 yanvar 2002-ci il.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış

Azərbaycan - Asiya