Yeni Azərbaycan Partiyası


Azərbaycanda hakim siyasi partiya. 1993-cü ildə Azərbaycanda hakimiyyətə gəlməmişdən əvvəl Heydər Əliyev tərəfindən yaradılıb. Təsis konfransı 21 noyabr 1992-ci ildə Naxçıvanda keçirilib və Heydər Əliyev sədr seçilib. 1999-cu il bələdiyyə, 2000-ci il parlament, 2004-cü il bələdiyyə və 2005-ci il parlament seçkilərində üstünlük qazanıb. 1999, 2001 və 2005-ci illərdə I, II və III qurultayları keçirilib. Üzvlərinin sayı 400 min nəfərdən çoxdur. Sədri Azərbaycanın hazırkı prezidenti İlham Əliyevdir.